Dollar milyarderinin mobil telefonu yoxdur
7 İyun 2014 17:12 (UTC+04:00)
Dünyanın ən böyük investisiya şirkətlərindən olan
"PIMCO"-nun (Pacific Invesment Management) təsisçisi Bill Qross
qeyri-adi etirafla mətbuatın gündəminə
gəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 2.3
milyard dollarlıq sərvəti ilə "Forbes"in milyarderlər siyahısında
799-cu sırada qərarlaşan Qross mobil telefonu olmadığını
açıqlayıb.
Yeniliklərə açıq bir insan olmadığını etiraf edən
biznesmen iş xaricində olan vaxtını ailəsinə ayırdığını, telefonla
oynamağa vaxtı olmadığını deyib.
Qross həmçinin yeni nəslin nümayəndələrini smart
cihazlara çox vaxt ayırdığı üçün də tənqid
etdi.
Qeyd edək ki, Bill Qross dünyanın ən nüfuzlu
şəxsləri siyahısında 55-ci sıradadır.