“Anadolu Atəşi” rəqs qrupu Bakıda
7 İyun 2014 17:04 (UTC+04:00)
İyunun 6-da Heydər Əliyev Sarayında "SA
organization"ın təşkilatçılığı ilə Türkiyənin məşhur "Anadolu
Atəşi" rəqs qrupu maraqlı konsert proqramı təqdim
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
rəqs qrupu "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə bu
günədək göstərdiyi performansın ən möhtəşəmini bakılı tamaşaçıların
qarşısında nümayiş etdirib.
Çıxışlar tamaşaçıların alqışları ilə müşayiət
olunub.
Qeyd edək ki, "Anadolu Atəşi" 2001-ci ildən bu
günədək İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika,
İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan,
Sibir, Rumıniya, Bosniya və Herseqovina, Dubay, Yeni Zelandiya,
İtaliya, Slovakiya, Belarus, İngiltərə, Gürcüstan, Suriya,
Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər
ölkələrin səhnələrində çıxış edib, Anadolu mədəniyyətini dünyaya
tanıdıb.
Ölkəmizdə dəfələrlə çıxış edən qrup bu dəfə Heydər
Əliyev Sarayında 3 gün konsert verəcək.
"Anadolu Atəşi" 1999-cu ildə yaranıb. Qrupun
yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi
və sülhün təbliğidir. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan
qrup 2002-ci ildən dünya turuna başlayıb, 93 ölkədə 3850 şou
göstərib.