Seysmoloq: “Bakıda çox sayda zəlzələ olacaq”

7 İyun 2014 19:25 (UTC+04:00)
"Bu gün qeydə alının yeraltı təkan kifayət qədər güclüdür. Lakin zəlzələnin 84 km dərinlikdə olması titrəyişin gücünü azaldır. Bu da yer qabığına az təsir edir". Movqe.az xəbər verir ki , bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli  açıqlamasında bildirib.

Alimin sözlərinə görə, bu zəlzələdən sonra xeyli sayda zəif afterşoklar qeydə alınacaq: "Əhali yüngül titrəyişlərdən qorxmamalıdır. Şəhərdə panika yaşanmamalıdır".

Tahir Məmmədli bildirib ki, bu səhər baş verən yeraltı təkanlar Hacıqabul-Türkmənistan adlı qırılma ocağında qeydə alınıb. Bu tektonik qırılmada birincə yeraltı təkan 1986-cı ildə baş verib.

"1986-cı ildə baş verən zəlzələnin gücü 6 bal olub. Üç il sonra, 1989-cu ildə həmin ocaqda daha bir yeraltı təkan qeydə alınıb. Həmin zəlzələlər Bakıda 4-5 bal gücündə hiss olunmuşdu. Hər iki hadisədən sonra onlarla afterşoklar olmuşdu".