Çimərlik mövsümü açıldı
7 İyun 2014 21:07 (UTC+04:00)
Azərbaycanda çimərlik mövsümünə sabahdan etibarən
rəsmən start veriləcək. Movqe.az xəbər verir ki, bunu Trend-in
sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət
Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun
müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, iyunun 8-dən etibarən
çimərlik mövsümünə rəsmən start veriləcək: "Çimərlik mövsümünün
rəsmi açılışı sabah olacaq, amma artıq mayın 23-dən etibarən
insanların dənizdə çimdiklərinin şahidi oluruq. Ona görə də mayın
23-dən başlayaraq gücləndirilmiş iş rejimində
işləyirik".
Sektor müdiri qeyd edib ki, hazırda ölkə üzrə
DSXX-nin 42 struktur bölməsi fəaliyyət göstərir: "Onların hamısı
rəsmi çimərlik ərazilərində yerləşir. Düzdür, ölkədə əlavə
çimərliklərin də yaradılması prosesi gedir. Bizim bölmələrimiz
rəsmi qeydiyyatdan keçmiş çimərliklərə nəzarət edir, amma həmin
çimərliklərdən kənarda hadisələr baş verən zaman bizim ən yaxın
məntəqəmizdən dərhal həmin əraziyə operativ xilasedicilər qrupumuz
göndərilir. Bizim inbati mənqətələrimiz rəsmi çimərliklərin
ərazisində yerləşir və ilin 365 günü, günün 24 saatı növbətçilik iş
sistemi ilə fəaliyyət göstərirlər. Yay mövsümündə isə növbətçilik
yox, gücləndirilmiş iş rejiminə keçilir".
M.Piryev bildirib ki, xilasetmə məntələqələri su
anbarı, kanal, göl ətrafında, əksəriyyəti isə Xəzər dənizinin
sahilində yerləşir. Struktur bölmələrinin tərkibində "Şimal",
"Cənub", "Bakı" və "Araz" adlı 4 dalğıc-axtarış qrupu da var.
Xilasedicilər mütəmadi olaraq beynəlxalq kurslara göndərilir,
təlim-məşq toplantılarına cəlb olunur. Bundan əlavə, FHN-nin
Akademiyasında dalğıclar, xilasedicilər və s. hazırlanır. Eyni
zamanda, texniki avadanlıqlar da hər il yenilənir.