Azərbaycan 10 min ton şəkər tozu satacaq
8 İyun 2014 10:46 (UTC+04:00)
Qırğız Respublikası baş nazirinin birinci müavini
Tayırbek Sarpaşev Bişkekdə keçirdiyi mətbuat konfransında
Azərbaycanla ticarət əlaqələrdən də danışıb.
Movqe.az Azərtac-a istinadən xəbər verir ki ,
T.Sarpaşev deyib ki, Qırğız Respublikası Azərbaycandan 10 min
ton şəkər tozu alacaq. Onun sözlərinə görə, artıq Azərbaycan
hökuməti ilə danışıqlar aparılmış və şəkər tozunun alınması ilə
bağlı müqavilə də imzalanıb. O deyib ki, şəkər tozunun bir
kiloqramı Qırğızıstan bazarında 45 som (1 dollar- 53 som) olacaq
ki, bu da bazar qiymətlərindən 15-20 faiz aşağıdır. Elə bilirəm ki,
iki həftədən sonra artıq Qırğız bazarında Azərbaycandan gətirilmiş
şəkər tozu satılacaq.
Baş nazirin birinci müavini qeyd edib ki, şəkər
tozu ilə məşğul olan bəzi şirkətlər yay aylarında onun bir
kiloqramını 60-70 soma qaldırırlar. Artıq bu mümkün olmayacaq və bu
məhsulun qiyməti sabit qalacaq.