Maşın dərəyə aşdı: 2 ölü

8 İyun 2014 11:07 (UTC+04:00)
Şəkidə maşın dərəyə aşıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) "Volkswagen" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb. 

1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğlunun idarə etdiyi avtomobilin yol-qəzası törətməsi nəticəsində R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. 

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.