Metroda bıçaqlanma

8 İyun 2014 12:16 (UTC+04:00)
ABŞ-ın Nyu-York şəhər metrosunda qanlı hadisə verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Nyu-York şəhərinin Bronsk rayonunda naməlum şəxs bıçaqla metroda 3 nəfərin üstünə hücum çəkərək onları yaralayıb.

Bu haqda informasiyanı "The Washington Times" yayıb. Yaralılardan bir nəfərin vəziyyətinin ağır olması onun xəstəxanaya aparılması ilə nəticələnib.

Yerli polis 3 nəfəri bıçaqlayan şəxsin tutulması əməliyyatına başlayıb. 

Onun kimliyi hələlik məlum olmayıb.