“İstanbul uçur”
8 İyun 2014 13:00 (UTC+04:00)
İstanbul valisi Hüseyn Avni "Twitter" hesabında
maraqlı tvit paylaşıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İstanbulda bütün standartlara cavab verən və dünyanın ən böyük hava
limanının təməli qoyulub. Bu barədə İstanbul valisi Hüseyn Avni
Mutlu "Twitter" hesabında yazdığı tvitdə bildirib.
"Uçuuuur, uçuuur İstanbul uçuuuur. 150 milyon
sərnişin tutumuna malik dünyanın ən böyük aeroportunun təməli
qoyuldu. Xeyirli olsun, tutana eşq olsun" - deyə, şəhər valisi
sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, hazırda dünyanın ən böyük aeroportu
ABŞ-ın Atlanta şəhərində yerləşən Hartsfild-Cekson adına beynəlxalq
hava limanı ildə 92 milyona yaxın sərnişin dövriyyəsi olur.