Məşhur komediya ustası ağır yaralandı (FOTO)

8 İyun 2014 14:09 (UTC+04:00)
ABŞ-ın dünyaca məşhur komediya ustası Tresi Morqan keçirdiyi yol qəzasında ağır yaralanıb.Movqe.az  ANS PRESS-ə istinadən xəbər verir ki, Nyu Cersidə baş verən qəzada bir nəfər isə dünyasını dəyişib.

Hadisə şahidləri bildirir ki, aktyor da daxil olmaqla, içərisində 6 nəfər olan "Limuzin" 2 traktor və 4 digər minik avtomobili ilə toqquşub.


Limuzinin sürücüsü Ceyms MakNeyr hadisə yerindəcə keçinib, Morqan isə ağır yaralı olaraq xəstəxanaya çatdırılıb.

Morqandan başqa isə qəzada 7 nəfər də xəsarət alıb.