Arda Turan "Barselona" ilə razılığa gəldi
8 İyun 2014 15:00 (UTC+04:00)
Arda Turan "Barselona" ilə ilkin razılığa
gəlib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
türk ulduzun meneceri Ahmet Bulut kataloniyalılarla danışıqlara
başlandığını təsdiqləyib. "Atletiko Madrid"də möhtəşəm bir mövsüm
keçirən Arda "Barselona"nın transfer siyahısında ilk sırada yer
alır.
"Barselona" Ardanın transferi üçün 41 milyon avro
ödəməyə hazır olduğunu açıqlayıb. Türk ulduzun yaxın müddətdə ispan
klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Kataloniyalılar transferin gedişatını gizli
saxlamağa çalışırlar. Belə ki, futbolçunun illik gəlirinin nə qədər
olacağı və digər məsələr hələlik açıqlanmır.