Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər

8 İyun 2014 15:08 (UTC+04:00)
Türkiyədə erməni immiqrantlara vətəndaşlıq verilməsi məsələsi müzakirə edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə müzakirələr Türk Dünyası Müdriklər Forumunun növbəti iclasında baş tutub. 

Türkiyənin eyni adlı qəzetinin iddialarına görə, iclasda Ermənistandan gəlmiş şəxslərin Türkiyədə qeyri-leqal yaşaması barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb. 

İclasın yekununda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim edilməsi üçün bir sıra təkliflər müəyyən olunub. Təkliflər paketində Türkiyədə qeyri-leqal yaşayan və çalışan ermənilərə vətəndaşlıq verilməsi təklif olunur. Bundan başqa iclas çərçivəsində Ərdoğanın Ermənistana 1915-ci ildəki hadisələrlər bağlı başsağlığı verməsi sammit iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, hazırda Türkiyədə qeyri-leqal 30 min Ermənistan vətəndaşı yaşayır.