İran yeni raketini sınaqdan keçirdi
8 İyun 2014 15:09 (UTC+04:00)
İran radar və raket texnikasının ən yeni
nümunələrini sınaqdan keçirib.
Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə,
sınaqlar "Misbah əl Hoda" adı altında keçirilmiş silsilə təlimlər
çərçivəsində baş tutub. Təlimlər artıq yeni texnika ilə təchiz
olunmuş hava hücumundan müdafiə qüvvələrinin birləşmələrinin
yerləşdiyi Fars körfəzindəki Kiş adasında keçirilib. Təlimlər bir
neçə mərhələdən ibarət olub və ölkənin bir neçə rayonunu əhatə
edib.
Sınaqdan keçirilən radarlardan "Rassid-32" radar
sistemi düşmənin hava hədəflərinin hündürlüyü, sürəti və istiqaməti
barədə məlumatları operativ şəkildə toplamaq və avtomatik rejimdə
15 kilometrədək məsafədə yerləşən hava hücumundan müdafiə
qüvvələrinin komanda məntəqələrinə ötürmək qabiliyyətinə
malikdir.