95 kilo olan uşağın valideynləri həbs olundu
8 İyun 2014 16:04 (UTC+04:00)
Böyük Britaniyada çəkisi 95,2 kiloqram olan uşağın
valideynləri həbs olunmaq təhlükəsi ilə
üzləşiblər.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Böyük Britanyada həddindən artıq çəkisi olan 11 yaşlı uşağın
valideynləri uşaqlarına yaxşı baxmadıqları və pis davrandıqları
ittihamı ilə həbs olunublar.
49 yaşlı ata və 44 yaşlı ana həbs olunduqdan sonra
pul cəzası ilə sərbəst buraxılıblar. Adı gizli saxlanılan 11 yaşlı
uşaq 1,5 metr boyunda, 95,2 kilo ağırlığındadır. Buna görə də
həkimlər tərəfindən bədən kütləsi indeksi 41,8 olan uşağı təhlükə
gözlədiyi bildirilib.
Həbs olunan ana və ata isə uşaqlarının həddindən
artıq çəkili olmasına görə birbaşa özlərinin günahkar olmadıqlarını
iddia ediblər: "Hərəkət tələb edən interaktiv kompüter oyunları
oynamasını istəmişdik. Lakin oğlumuzun ağır çəkili olmağı genlə
bağlı bir məsələdir, xeyri olmur."