Türkiyədə içki qadağası
8 İyun 2014 16:06 (UTC+04:00)
Türkiyədə fəaliyyət göstərən restoran və barların
qarşısındakı lövhələrdə içki reklamlarının verilməsi qadağan
edilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Türkiyənin hakim partiyası Ədalət və İnkişaf partiyasının (AKP)
təklifi ilə qəbul edilən qanun restoran və bar sahiblərini,
sahibkarları özündən çıxarıb.
Yeni qanuna əsasən, bar və kafelərin giriş
qapılarında spirt satıldığına dair lövhə asmaq qadağan
edilib.
Qeyd edək ki, bu qadağa Ərdoğan hökumətinin
gənclər arasında alkoqolizmin yayılmasına qarşı ilk mübarizə
tədbiri deyil. Ötən il isə spirtli içkilərin gecə 10-dan sonra
satışı hökumət tərəfindən qadağan edilmişdi.