“Tetris”in ad günüdür

8 İyun 2014 19:12 (UTC+04:00)
1984-cü ildə sovet proqramçısı Aleksey Pajitnov tərəfindən yaradılmış Tetris oyunu 30 yaşını qeyd edir. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , Britaniyanın "The Telegraph" qəzeti dünyanın ən məşhur kompüter oyununa həsr edilmiş xüsusi məqalə dərc edib.

Nəşr yazır ki, proqramçı Aleksey Pajitnov Tetris oyununu Elektronika-60 sovet kompüterində yaradıb. O, bundan sonra oyunun kodunu onu "IBM" kompüterində işləmək üçün uyğunlaşdıran tanışları ilə paylaşıb. Nəticədə oyun bütün SSRİ və Şərqi Avropa ölkələri arasında çox sürətlə populyarlaşıb.

1986-cı ildə Tetris oyunu ilk dəfə Macarıstan vasitəsilə Qərbdə tanıdılıb və yerli proqramçılar oyunun "Apple II" və "Commodore 64" kompüterləri üçün versiyasını yaradıblar. Bundan sonra yeni oyun Böyük Britaniyada diqqəti cəlb edib. Yerli İT şirkətin nümayəndələri müəllif hüquqları ilə bağlı məsələlərin həlli üçün Pajitnovla əlaqə saxlamağa çalışıblar. 1987-ci ildə oyunun bir sıra kommersiya versiyası işıq üzü görüb, buna baxmayaraq müəllif hüquqları ilə bağlı vəziyyət öz həllini tapmayıb.

Aleksey Pajitnov yalnız 1996-cı ildə müəllif hüququ əldə edib.