Cəbhədə düşmən silahı "susmur"

8 İyun 2014 21:00 (UTC+04:00)

Ermənilər cəbhə boyu kənd sakinlərinin istirahətinə də mane olur... Movqe.az xəzərxəbər.com-a istinadən xəbər verir ki ,Tovuzun Koxanəbi kəndini hündürlükdə yerləşən postlardan hər dəqiqə atəşə tuturlar.

 

İstər gündüz, istərsə də gecə evlər gülləbaran edilir. Hətta bulaqdan su gətirməyə gedən qadınlara və uşaqlara atəş açırlar.

 

Ermənilər kəndlilərin əkin-biçininə də mane olur. Çörəyi torpaqdan çıxan kəndlilər əraziyə çıxmağa peşman olur. Düşmən çətinliklə əkib becərilən kartof, qarğıdalı və digər əkin sahələrinin alaq otlarından təmizlənməsinə belə imkan vermir.

 

İllərdir atəşkəsin pozulması nəticəsində kənddə bir neçəsi uşaq olmaqla 14 nəfər xəsarət alıb. Amma kənd sakinləri düşmənin istənilən təxribatına layiqli cavab verəcəyinə  əmin olan Azərbaycan ordusuna arxalanaraq öz dədə-baba torpaqlarında yaşıyırlar.