Prezident and içdi (VİDEO)

8 İyun 2014 23:04 (UTC+04:00)
Misirin yeni prezidenti vəzifəsinə rəsmən başlayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, prezident Əbdül Fəttah əl-Sisi vəzifəsinin icrasına başlayıb. O, Ali Konstitusiya Məhkəməsində on iki hakim qarşısında sədaqət andı içib. 

"And olsun Allaha, vətəni, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacam", - deye əl-Sisi deyib.

Andiçmə mərasiminə Qətər, İsrail və Türkiyə dəvət olunmayıb.