Cəbhədə atəş səsləri eşidildi

9 İyun 2014 10:35 (UTC+04:00)

Cəbhə xəttində atəşkəs yenidən pozulub.


Müdafiə Nazirliyindən Anspress-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.