Ayan gözəllik yarışmasına qatılıb - FOTOLAR

9 İyun 2014 10:58 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva ilk dəfə münsif kürsüsündə oturub. "Miss Azərbaycan 2014" gözəllik yarışmasında təmsil olunan sənətçi yerli və xaricdən gələn məhşurlarla birlikdə qalibləri elan ediblər. Mövqe.az xəbər verir ki, qalib və digər nominasiyalar - sms, onlayn- səsvərmə və münsiflərin verdiyi ( 0-100 kimi) xal ilə müəyyən olunub.


Ən çox xal yığan "Miss Azərbaycan 2014" Cavidan Qurbanova elan olunub. Bundan öncə tədbiri mahnı tövhəsi ilə Ayan Babakişiyeva açıb. Daha sonra münsiflər heyətinin rəhbəri Fəxriyyə Xələfova başda olmaqla, digər məhşurlar Anelya Orduxanova, Rıskul Namazbekova, Kristina Lindenblate, Amil Abbasov, Aysel Manafova, İnam Quliyev, Ayan Babakişiyeva bölümlər üzrə gözəlləri müəyyən ediblər.


Miss Azerbaijan-2014 –Cavidan Qurbanova I Vice Miss Azerbaijan-2014 – Lalə Məmmədova II Vice Miss Azerbaijan-2014 – Rena İmaməliyeva Miss Baku-2014 – Liliya Qavriş Miss Photo Model Azerbaijan-2014 – Kristina Zamir Miss Charm Azerbaijan-2014 – Natavan Əfəndiyeva Miss Press Azerbaijan-2014 – Əfsanə Qasımova Miss Friendship Azerbaijan-2014 – Nil Durukan (Türkiyə)