Uşaqlara gün vurma təhlükəsi

9 İyun 2014 13:16 (UTC+04:00)
"Çimərlik mövsümünün başlanılması ilə əlaqədar bəzi valideynlər azyaşlı uşaqları qızmaq şüasında çox saxalayaraq sağlamlıqları üçün ciddi təhlükə yaradırlar. Valideynlər unudurlar ki, xüsusilə yayda, çimərlikdə azyaşlılar gün vannasını müvafiq vaxtlarda, günəş şüalarının daha kəskin olduğu vaxtda qəbul etməməlidirlər". Bu sözləri Movqe.az-a açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, çimərlikdə azyaşlı uşaqlar səhər saat 11-dək günəş şüası qəbul edə bilərlər: "Saat 11:00-dan 17: 00-a dək fasilə olmalıdır. Əks halda uşağa gün vurma nəticəsində sağlamlığında ciddi təhlükə yarana bilər. Çünki saat 11-dən 16:00-a dək olan vaxt günəşin ultrabənövşəyi şüaları daha da artır ki, bu da sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Ona görə də, valideynlər dəniz mövsümündən bu qaydalara əməl etməklə yaralana bilərlər".