Londonda evsizlərə qarşı mərhəmətsiz tətbiq

9 İyun 2014 15:36 (UTC+04:00)
İngiltərənin paytaxtı Londonun bəzi lüks məhəllələrində evsizlərin gecələri gəlib yatmalarına mane olmaq üçün körpü altlarına və bəzi divar künclərinə iti metallar yerləşdirilib. MOvqe.Az xəbər verir ki, həvəskar fotoqraf Andru Horton tərəfindən Sauzvork bölgəsindəki bina girişlərində göstərilən tətbiq, bir çox sosial media istifadəçisi tərəfindən xoş qarşılanmayıb. Tvitter istifadəçisi Deyvid Vels, "evsizlərə qarşı qoyulan bu metallar, göyərçinləri binalardan uzaqlaşdırmaq üçün istifadə olunan çubuqlara bənzəyir. Artıq möhtac olana parazit gözüylə baxılır" şərhini edib.