Arının zəhəri oynaqların dərmanıdır

9 İyun 2014 16:54 (UTC+04:00)

Yeni bir araşdırmaya görə arı iynəsi erkən iltihablanmanın müalicəsinə kömək edir!

San Paulo Universitetində aparılan araşdırma zamanı astma xəstəliyində istifadə olunan arı sancma terapiyasının təsiri incələnib. Bu sahədə aparılan araşdırma nəticəsində məlum olub ki, arı zəhəri oynaq iltihabının müalicəsinə və bu xəstəlikdən qorunmağa kömək edir. 


Arı zəhərindəki molekullar iltihabı nəzarətdə saxlayan qlükokortikoidlər adlı hormonun miqdarını artırır. Bundan əlavə arı zəhəri immuniteti də gücləndirir.