"Yehova şahidləri"ndən 22 nəfər saxlanıldı

9 İyun 2014 17:24 (UTC+04:00)

Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə "Yehova şahidləri" dini təriqətinin təbliğ edilməsi müəyyən edilib. Movqe.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən məlumat verir ki, evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb. Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev ŞPŞ-yə gətirilib, izahatları alındıqan sonra buraxılıb.