Böyük burunları gizlədən saç modelləri

9 İyun 2014 17:27 (UTC+04:00)

Müasir dövrdə düzgün qidalanma, idman, meditasiya kimi sağlamlığa xeyiri olan işlərlərlə bərabər gözəllik və dəb məsələləri də aktualdır. Hər qadın gözəl olmaq istəyir və ya heç bir gözəl qadından geri qalmaq istəmir. 

Bu baxımdan müxtəlif tədbirlər görməyə, xüsusən qadınlar bayramında olduqca gözəl görünməyə səy göstərirlər.

Lakin bəzi qadınlar var ki, onlarda üz nahiyəsində normal olmayan burunlar müxtəlif utanc hisslərinin yaranması ilə nəticələnir. Texnologiya dövründə yaşadığımızdan isə onların bir qismi plastik əməliyyatlara üstünlük veririr. Bir çoxları əməliyyata girməzdən əvvəl bilməlidirlər ki, o qədər də böyük görsənməyən burunları müxtəlif saç modelləri ilə kamuflyaj edə bilərlər..

Bunun üçün qısa saç modellərinin heç birinə üstünlük verilməməli, orta boy və uzun saçlardan ideal bir şəkildə istifadə edilməlidir. 

Saç modelləri də üz xəttlərini ortaya çıxaran makiyaj qədər əhəmiyyətlidir. Bu baxımdan daha yumşaq və tarazlığınızı təmin edəcək saç modellərinə üstünlük versəniz daha yaxşı olar.

Mərtəbəli saçlar bədəninizdə və üzünüzdə məmnun olmadığınız qisimlərin daha az diqqət çəkməsini təmin edər.

Çolka düzümlü saçların həcm verən modellər arasında məşhur olduğu bildirilir. Buna baxmayaraq özünüzə uyğun olan modeli seçmək daha əhəmiyyətlidir. 

Bunun üçün saçlarınızın çox qısa olmaması əsas şərtlərdən biridir. Çünki qısa çolkalarda burun nahiyəsi uzun və böyük görsənə bilər.

Dalğalı saç modeli balanslı bir şəkildə və şişirtmədən yayılaraq diqqəti burun nahiyəsindən uzaqlaşdırır. Həmçinin saçlara həcm vermiş olur.

Böyük burunları makiyaj texnikası ilə gizlətmək də mümkündür.