Bu gün cəbhədə monitorinqdir

10 İyun 2014 10:35 (UTC+04:00)

Ermənistan Azərbaycan cəbhə xəttində atəş səsləri bu gün də eşidilib. Ümumiyyətlə son bir ayda cəbhədə gərginlik heç cür azalmaq bilmir. 

Hətta Azərbaycan ordusu ardıcıl olaraq bir neçə şəhid də verdi. 

Bütün bu hadisələrin fonunda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində təmas xəttində monitorinq keçirləcək. 


Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri keçirəcəklər.