Aygün Kazımova eks sevgilisini müdafiə etdi

10 İyun 2014 10:49 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova dostu, həmkarı və keçmiş sevgilisi xalq artisti Faiq Ağayevi müdafiə edib. Mövqe.az xəbər verir ki, Rəhim Rəhimlinin Faiq Ağayev haqqında dediyi "Onun dövrü artıq keçib" ifadəsi Aygün Kazımovanın da təəccübləndirib: "İllərə, günlərə, konsertlərə, performanslara meydan oxuyan... Gənc həmkarlarına illərlə örnək olan... Ustad dərslər keçən, estradamızın tək və rəqibsiz meqastarı Faiq Ağayevdir. Düz 26 ildir bunun şahidiyik. Dostum Rəhimin söylədiyi qarmaqarışıq fikirlər məni çox təəccübləndirdi. Burada böyük anlaşılmazlıq var. Bu anlaşılmazlığa elə Rəhim özü aydınlıq gətirib, son qoyacaq. Mən Rəhimi belə biri kimi tanıyıram. Düşünürəm ki, heç də yanılmıram".