Günay Musayevanın əri tərk etdi: “Qayıt gəl, ürəyi gözəl insan”

10 İyun 2014 12:52 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, məşhur aktyor Tolga Karel "Survivor" yarışmasını tərk edib. Az səs toplayan Karel adadan ayrılmağa məcbur qalıb.


Bu hadisə Günay Musayevanı sevindirib. O, düşüncəsini sosial şəbəkədə paylaşıb:"Artıq gəl, oğlun sənin üçün çox darıxıb. Çox yoruldun, səni tanıyıram, bu qədər dözməyin möcüzədir. O gün söz verdin ki, tezliklə gələcəm. Bu qədər bəsdir, artıq qayıt, ürəyi gözəl insan". Aktual.az