Cəlilabad sakinini ilan sancaraq öldürüb

10 İyun 2014 14:40 (UTC+04:00)

Cəlilabad sakinini ilan sancıb.


Cəlilabad rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

 

Kənd sakini Sübhan Abbasov ilan sancması ilə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.