Həbsxanaya qazanda telefon keçimək istədilər-FOTO
10 İyun 2014 15:38 (UTC+04:00)
2 saylı cəzaçəkmə müəssisəsinə 6
ədəd mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a
verilən xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət
əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3; 331.2; 331.3;
125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan
məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına
qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun
gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman yeməklə dolu
qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2
(iki) ədəd "Nokia-1280" markalı, 1 (bir) ədəd "Nokia X6" markalı, 1
(bir) ədəd "TMT-T-M3" markalı, 1 (bir) ədəd "Nokia C2-01" markalı
və 1 (bir) ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar
edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.