Bakıda "London taksi"lərindən şikayət var

10 İyun 2014 16:39 (UTC+04:00)
Bakı Taksi MMC-ə məxsus London taksilərindən sərnişinlər narazılıq edib. Movqe.az-a şikayətlənən sərnişinlərdən biri bildirib ki, bu taksilərdə kondisioner sistemi olsa da, yay olmasına baxmayaraq kondisoner hələ işləmir: "Bu taksinin xidmətindən istifadə edəndə bildik ki, kondisioner işləmir. Sürücüyə şikayətləndik ki, hava istidir, taksidə oturmaq olmur kondisioneri işə sal. Sürücü bizə dedi ki, bağışlayın hələ bu taksilərin kondisionerinə şirkət tərəfindən qaz vurulmayıb. Beləcə istidə taxsi bizi mənzil başına çatdırdı. daha doğrusu biz özümüzü güclə mənzil başına çatdırdıq. İstidən ürəyimiz sıxıla-sıxıla. Şirkətdən taksi sifariş verəndə demirlər ki, ay müştəri kondisioneri işləmir".

Movqe.az  Bakı Taksi MMC-ilə də əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, bütün taksilərdə belə hal müşahidə oluna bilməz: "Ola bilər ki, bir-iki taksinin kondisionerə qaz vurulmayıb. Bu da yəqin sürücünün günahıdır ki, şirkətə bu barədə məlumat verməyib".