Bakıda daha bir yol bağlanır

10 İyun 2014 17:15 (UTC+04:00)
Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, iyunun 10-da saat 23:00-dan paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək yol avtomobillərin hərəkəti üçün bağlanacaq. P.Mürsəliyev bildirib ki, küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. "Azəryolservis" ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsinlər. Qeyd edək ki, yuxarıda qeyd olunan yol iyunun 6-dan 7-nə keçən gecə bağlanmalı idi, lakin TQDK tərəfindən XI sinif uşaqları üçün buraxılış imtahanları keçirildiyindən, yolun bağlanması təxirə salınmışdı.