Sabah yağış yağacaq

10 İyun 2014 18:55 (UTC+04:00)

Sabah Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

İyunun 11-də Azərbaycanın bölgələrində şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.