Azərbaycanda işıqforlar dəyişdirilir

3 İyul 2012 11:27 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncədə işıqforlar dəyişdirilir. 

Artıq Gəncədə də müasir işıqforlar olacaq.Gəncədə köhnə işıqforlar dəyişdirilib, müasir standartlara cavab verən yeniləri ilə əvəz edilir. Daxili İşlər Nazirliyinin "Siqnal" idarəsi tərəfindən quraşdırılan yeni işıqforlar yüksək keyfiyyətə malik Fransa istehsalıdır. Yeni işıqforlar həm sürücülərin, həm də piyadaların təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, şəhərə yaraşıq verir.

Gətirilən 160 işıqforun çoxu artıq quraşdırılıb. Bir ay müddətdə şəhərin bütün kəsişən küçələri yeni işıqforlarla təmin ediləcək.

Türkan Nadirqızı

Movqe.Az