Bacısının azadlıqda olması İlqar Mikayıloğlunun kefini açdı - FOTOLAR - ÖZƏL

11 İyun 2014 11:20 (UTC+04:00)

Ötən gün teleaparıcı İlqar Mikayıloğlu müğənni Kərim Abbasovun ad günü mərasiminə qatılıb. Mövqe.az xəbər verir ki, həbsdə olan bacısı Gülər Əhmədova azadlığa buraxıldıqdan sonra ilk dəfədir ki, aparıcı və xanımı, tanınmış vəkil Zülfiyyə Bayramova bir ad günü mərasimində iştirak ediblər. Sabiq deputat həbsdə olduğu müddətdə isə cütlük hansısa toya, ad gününə və digər bu qəbildən olan tədbirlərə qatılmayıblar, heç kimin toyunda, ad günü mərasimində iştirak etməyiblər. Kərim Abbasovun ad günündə çox xoşbəxt görünən cütlük Mövqe.az-ın kamerasına tuş gəlib. Həmişə pozitivliyi ilə seçilən sevimli teleaparıcı və xanımının fotolarını sizə təqdim edirik: