Nazirliyin sabiq şöbə müdirinə yeni vəzifə

11 İyun 2014 12:20 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri İlham Məmmədova yeni vəzifə verilib. 

Movqe.az-ın məlumatına görə, İlham Məmmədov bundan sonra özəl sektorda çalışacaq. O, "Vesyəloğlu" şikətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edəcək. 


Qeyd edək ki, İlham Məmmədov 2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.