Maşını hasara çırpan sürücü öldü

12 İyun 2014 11:18 (UTC+04:00)

Quba rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Movqe.az APA-ya istinadən bildirir ki, hadisə Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

Quba rayon sakini, 1961-ci il təvəllüdlü Xəlilbəyov Vaqif Zalbəy oğlunun idarə etdiyi 10 SK 791 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq yaşayış evinin daş hasarına çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.