Ermənilər Ağdamın üç kəndini atəşə tutdu

12 İyun 2014 11:47 (UTC+04:00)

Cəbhə xəttində növbəti dəfə atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Sarıcalı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.