Xızıda qaz olmayacaq

12 İyun 2014 12:04 (UTC+04:00)
Xızı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a bildiriblər ki, qaz nəqli sisteminin ölçü qovşağında quraşdırma işləri ilə əlaqədar bu gün saat 13:00-dan 18:00-dək Xızı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.