Nazirdən yeni təyinat

12 İyun 2014 19:06 (UTC+04:00)

Daxili İşlər Naziri Bakı Şəhər Dövlət Yol Polisinin rəhbərliyində dəyişiklik olub. 


Qurumdan anspress-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə təqaüdə göndərilən DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin yerinə yeni təyinat olub.


Əmrə əsasən qurumun rəisi vəzifəsinə polkovnik-leytenant Rəşadət Babayev təyin olunub.


Qeyd edək ki, Rəşadət Babayev DYP rəisinin ikinci müavini vəzifəsində çalışırdı.