Ruhani İŞİD-i hədələdi
12 İyun 2014 19:12 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani İraqın Mosul və
Tiqrit şəhərlərini işğal edən İraq-Şam islam dövləti (İŞİD)
təşkilatını "vəhşicə hərəkət edən terror təşkilatı"
adlandırıb.
ANS PRESS-in məlumatına görə, İran prezidenti
deyib: "Onların bu hərəkətinə göz yummayacağıq". Ruhani İŞİD-in
vəhşiliyinə və terroruna qarşı regionda və bütün dünyada
vuruşacaqlarını deyib. Ruhani bununla bağlı İranen ali dövlət
təhlükəsizlik şurasının iclasını çağırıb.
Qərb mətbuatı Mosul və Tiqrit şəhərlərini
işğalından sonra İranın bölgəyə 150 nəfərdən ibarət inqilab
mühafizləri dəstəsini göndərdiyini yazır.