Hamilə qalmağa çalışır, çünki ...
13 İyun 2014 12:13 (UTC+04:00)
Türkiyənin məşhur müğənnisi Dəniz Seki nişanlısı Faruk Salman ilə
birgə uşaq dünyaya gətirmək qərarı alıblar. Mövqe.az Türkiyə
mətbuatına istinadən xəbər verir ki, Səkinin bu anda hamilə olduğu
barədə də söz-söhbətlər gəzir. Narkotik təmin etmək günahından
üzərində 6 il 3 aylıq həbs cəzası olan müğənni qurtuluş yolu kimi
hamilə qalmağı seçdi. Çünki Edam Qanununun 16/4 maddəsinə görə,
hamilə olan bir qadının həbsxanaya düşməyəcəyi bildirilir.
Beləliklə doğumdan sonra da müğənni 6 ay zaman qazanacaq. Bu müddət
ərzində isə o Konstitusiya Məhkəməsinə etdiyi fərdi şikayətinin
cavabı məlum olacaq.