Tanınmış telejurnalist canlı efirdə dünyasını dəyişdi

13 İyun 2014 15:42 (UTC+04:00)

Tanınmış telejurnalist, şair Vidadi Tağızadə dünyasını dəyişib. ''Dünya tv''-də canlı olaraq yayımlanan ''Bu Sabah'' verilişində şairin vəziyyəti qəflətən pisləşib və keçinib. Onun ölüm anı anbaan görüntülənib.

 

 

Bildirək ki, şair-jurnalist bu yaxınlarda 60 yaşını qeyd etmişdi. Son kitabının nəşri də yubileyinə təsadüf etmişdi.

 

 

Allah rəhmət eləsin!