Barrozunun Azərbaycana səfəri başladı
14 İyun 2014 10:18 (UTC+04:00)
Avropa Komissiyasının prezidenti Joze Manuel
Barrozunun Azərbaycana səfəri başlayıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
gün Joze Manuel Barrozu ölkə rəhbərliyi və bir sıra rəsmi şəxslər
ilə görüşəcək.
Avropa Komissiyasının Prezidenti ADA
Universitetində "Aİ-Azərbaycan: Yeni imkanlar və çağırışlar"
mövzusunda çıxış edəcəyi plamlaşdırılır.
Qeyd edək ki, Avropa Komissiyası prezidentinin
saytında bildirilir ki, bu səfər Aİ-Azərbaycan əlaqələrinin
möhkəmləndirilməsi, Assosiasiya sazişi və Strateji Müasirləşdirmə
Tərəfdaşlığı ətrafında danışıqlara yeni impuls vermək üçün bir
imkandır.