“Facebook”da daha bir yenilik
14 İyun 2014 11:05 (UTC+04:00)
"Facebook" sosial şəbəkə şirkəti "Facebook
Messenger" adlı əlavəsini iOS və Android platformalı cihazlar üçün
inkişaf etdirib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
əlavənin yenilənmiş versiyasında istifadəçilər öz aralarında 15
saniyəlik videolar çəkib göndərə bilərlər.
6.0 versiyasında istifadəçilərin bir-birlərinə
şəkil, fayl göndərmək və zəngləşmək kimi funksiyaları, eləcə də
"big likes" (çox bəyəndim) funksiyası əlavə
edilib.
"Facebook Messenger"i "Apple Store" və "Google
Play"dən yeniləmək mümkündür.