Pivə şüşəsində İran bayrağı hiddətə səbəb oldu (FOTO)
14 İyun 2014 12:18 (UTC+04:00)
İran parlamentinin mühafizəkar deputatı Həmid
Rəsayi jurnalistlərə açıqlamasında Braziliyada keçirilən dünya
futbol çempionatında İran bayrağının pivə şüşələri üzərində və
onların qapaqlarında həkk olunmasından gileylənib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
Braziliyada keçirilən dünya çempionatına qatılan 32 ölkənin
bayraqları pivə və digər alkoqollu içkilərin şüşələrində, eləcə də
qadınların geyindiyi paltarlara həkk edilərək
yayılıb.
"Media forum" saytının məlumatına görə, Həmid
Rəsayi deyib ki, bu hadisədə ölkənin futbol federasiyasının
rəsmiləri məsuliyyət daşıyır:
"Bu, İran İslam Respublikasının bayrağına
hörmətsizlikdir. Şərab və digər alkoqollu içkilərin şüşələrindən
başqa İran bayrağını həm də yarıçılpaq qadınların şalvarlarına da
həkk ediblər. Sözsüz ki, bu, FİFA-nın qərarı və proqramına əsasən
olub. Lakin İran Futbol Federasiyasının rəhbərləri öz vəzifələrini
əvvəlcədən düzgün yerinə yetirsəydilər, ölkə bayrağına olan bu kimi
hörmətsizliklərin qarşısını almaq mümkün olardı".