Məşhur inqilabçının dünyaya gəlməsindən 86 il ötür

14 İyun 2014 13:00 (UTC+04:00)
Bu gün Çe Gevaranın dünyaya gəlməsindən 86 il ötür. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Ernesto Çe Gevara 14 iyun 1928-ci ildə Argentinada dünyaya gəlib. Ali təhsilini tibb ixtisası üzrə başa vurduqdan sonra 1952-1953-cü illərdə gəmidə həkim işləyərək Latın Amerikasının bir çox ölkəsini gəzib. 

O, Qvatemalada birinci həyat yoldaşı olacaq inqilabçı İlda Qadea ilə tanış olur, onun təsiri ilə marksizmlə maraqlanmağa başlayır. Bir il sonra artıq radikal marksist olan Gevara Fidel Kastro ilə tanış
olur, onun inqilabçı "M-26-7" dəstəsinə qoşulur və bu zaman məşhur "Çe" (ispanca "hey!") ləqəbini alır. 


1956-cı ildə Kubaya ayaq basan 82 inqilabçıdan biri olur. 1967-ci ilin oktyabrında La İqlera kəndi yaxınlığında əsir düşür, oktyabrın 9-da güllələnir. Əlləri kəsilərək Vaşinqtona göndərilir. Cəsədi adsız məzarlıqda dəfn olunur. 1997-ci ildə isə cəsəd Boliviyadan Santa-Klara şəhərinə köçürülür və Çeyə 4 metr hündürlüyündə abidə qoyulur.

Qeyd edək ki, Çe Gevara öldükdən sonra dünyada sosialist inqlabçı hərəkatların rəmzinə çevrilib. Ernesto Çe Gevaranın fotoqraf Alberto Korda tərəfindən çəklimiş fotoşəkli çox məhşurdur və XX əsrin simvolu kimi qəbul edilir.