İŞİD “Allahu əkbər” deyib baş kəsir (18+ FOTO)
14 İyun 2014 13:08 (UTC+04:00)
İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının
etdiyi vəhşiliklər son bir neçə gündə dünya gündəmindən düşmək
bilmir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İraqın bir neçə şəhərini ələ keçirərək Bağdada doğru irəliləməyə
çalışan qruplaşma üzvlərinin vəhşiliyi artıq özləri üçün adi hala
çevrilib. Belə ki, ötən gün İŞİD silahlılarının evlərində əsir
saxladıqları iraq polisi rəisinin başını kəsdikləri zaman çəkilən
video görüntülər yayılıb.
Onlar həmin görüntüləri "Bu da bizim
çempionatımızdır, insan dərisindən top" qeydi ilə "Twitter"
hesablarında paylaşıblar.
İŞİD silahlıları ələ keçirdikləri şəhərlərdə
qırğınlar törədir, önünə çıxan günahsız dinc əhalini incidərək
öldürürlər. Əllərində bıçaq və silahla gəzən qruplaşma üzvləri
"Allahu əkbər" deyərək, heyvan boğazı kimi insanların boğazını
kəsirlər.
İŞİD sözçülərindən biri bu vaxta qədər 1700 iraqlı
hərbiçini, zabiti öldürüb başlarını kəsərək, dünya çempionatını bu
şəkildə qeyd etdiklərini açıqlayıb.