Şəhərdə qanunsuz parklanmanın qarşısını almaq üçün
yeni qaydalar tətbiq olunacaq.Movqe.az ANS TV-ə istinadən
xəbər verir ki, qanunsuz parklanan maşınların sahibləri müşahidə
kameraları ilə müəyyən edilib cərimələnəcək.
Layihə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi
(NİİM) tərəfindən reallaşacaq. Mərkəzin müxtəlif ərazilərdə
quraşdırılacaq yeni müşahidə kameraları əvvəlcə qanunsuz parklanan
dövlət nömrə nişanınını müəyyən edəcək.
NİİM-in sözçüsü Şəfa Mehmanqızının sözlərinə görə,
yeni müşahidə kameraları vasitəsilə əvvəlcə qanunsuz parklanan
avtomobilin dövlət nömrə nişanı müəyyən
edilir:
"Avtomobilin şəkli çəkilir. Bir müddət sonra yenə
şəkil çəkilir. Əgər avtomobil qadağan olunmuş yerdən
götürülməyibsə, o zaman avtomobilin dövlət nömrə nişanınına əsasən
sürücünün ünvanı müəyyən edilir və cərimə haqda məlumat onun
ünvanına göndərilir".
Sürücülər bu yeniliyin küçələrdəki bir sıra
problemlərin xüsusilə tıxacların qarşısı alacağı
qənaətindədir.
Bir müddət əvvəl paytaxt küçələrində avtomobillər
üçün bircərgəli müvəqqəti dayanacaqlar yaradıldı. Burada
avtomobilləri saxlamaq ödənişlidir. Həmin dayanacaqlarda
avtomobilləri 4 saata qədər saxlamağa icazə verilir. Ödəniş hər
saat üçün 1 AZN müəyyən edilib. Ödəniş elə həmin yedə quraşdırılmış
parkomatlar vasitəsilə həyata keçirilir.
Parkomatların yanınıda xüsus geyimli yoxlayıcılar
sürücülərə ödənişi etməklə yanaşı avtomobili saxlamasına da
köməklik göstərirlər. İlin sonuna kimi paytaxtın müxtəlif küçəsində
min belə parkomatlar quraşdırılması
planlaşdırılır.