Bakıda keçiriləcək kubokun vaxtı dəqiqləşib

14 İyun 2014 15:00 (UTC+04:00)
Şahmat üzrə Dünya Kuboku uğrunda yarışlar gələn il sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək.

Bu, FİDE-nin nümayəndə heyətinin Bakıya yoxlama səfəri zamanı məlum olub. Movqe.az-ın məlumatına görə, bu barədə beynəlxalq federasiya prezidentinin köməkçisi Berik Balqabayev "Twitter"də məlumat verib.

Xatırladaq ki, Dünya Kuboku yarışını Azərbaycan 2016-cı il Olimpiadası ilə "bir paketdə" əldə edib. Ölkə bu iki turniri keçirmək hüququnu iki il bundan əvvəl İstanbulda FİDE-nin Konqresində qazanıb.