Futbol eşqi 250 km yol qət etdirdi
14 İyun 2014 16:09 (UTC+04:00)
Braziliyada keçirilən futbol üzrə dünya
çempionatında öz ölkəsini təmsil edən komandaya dəstək olmaq
istəyən bir qrup kolumbiyalı futbol azarkeşi Braziliyaya
qeyri-ənənəvi yolla gəlib.Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki , 13 nəfərdən ibarət bir qrup Kolumbiyadan Braziliyanın
Juiz de Fora şəhərinə velosipedlə çatıb. 250 kilometrə yaxın məsafə
qət edən futbol-sevərlər buradan Belu-Orizonti ştatına gedərək, bu
gün Yunanıstanla keçiriləcək matçda Kolumbiyaya azarkeşlik
edəcəklər.
"Biz mayın 23-dən yoldayıq. Şimaldan cənuba kimi
bütün Kolumbiyadan, sonra isə Ekvador, Peru, Boliviya və
Braziliyanın bir hissəsindən keçmişik. Kolumbiya komandasına dəstək
olmaq üçün yola çıxmışıq və ümid edirik ki, onlar bu çempionatın
yarımfinalına çıxacaqlar?", - deyə Heriberto Quzman adlı
velosipedçi bildirib.
Kolumbiyadan Braziliyaya velosipedlə gələn
azarkeşləri onların ailə üzvlərinin və dostlarının olduğu iki
avtomobil də müşayiət edib.